Məhbusların hamısı həbsxanadan qaçıb
Bizi izləyin

Qırmızı.az

Məhbusların hamısı həbsxanadan qaçıb

Konqo Demokratik Respublikasının şərqində yerləşən Butembo şəhərindəki həbsxanaya silahlı hücum təşkil edilib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, həbsxanadan 370 məhbus qaçıb.

Məlumata görə, hücumun təşkilinə görə, qonşu Uqandanın Konqo ilə sərhəd ərazisində fəaliyyət göstərən “Birləşmiş demokratik güclər” qiyamçı qrupu şübhəli bilinir. Qiyamçı qrup artıq 20 ildir ki, şəhəri və onun yaxınlığındakı qəsəbələri qorxu altında saxlayır.

Konqo hərbçiləri belə versiyanı irəli sürsələr də, Butembo şəhərinin meri hesab edir ki, basqın adi quldurlar tərəfindən edilib. Konqoda son on gün ərzində edilən hücumlarda təxminən 80 insan öldürülüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm