Yazılı abidələrin qorunmasına dair yeni qanun hazırlanır
Bizi izləyin

Qırmızı.az

Yazılı abidələrin qorunmasına dair yeni qanun hazırlanır



Azərbaycanda yazılı abidələrin qorunmasına dair yeni qanun hazırlanır. Trend-in məlumatına görə, bunu millət vəkili Rafael Hüseynov Milli Məclisin Mədəniyyət komitəsinin iclasında çıxışı zamanı deyib.

Deputatın sözlərinə görə, "Azərbaycanın yazılı abidələri haqqında" qanun layihəsi əlyazmalar irsinin, daş abidə və kitabələrin və s. qorunmasını nəzərdə tutur.

Onun sözlərinə görə, bu, həm də siyasi məsələdir: "Bu gün dünyada Azərbaycan sərvətlərinin mənimsənilməsi gedir. Bu irsi qorumaq, xalqa çatdırmaq, dünya miqyasında tanıtmaq lazımdır. Bunun üçün qanuni baza da yaradılmalıdır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm