Məktəbin damı uçdu, dərslər dayandı
Bizi izləyin

Qırmızı.az

Məktəbin damı uçdu, dərslər dayandı

Ötən gün axşam saatlarında hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Bakı şəhərindəki 225 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi sıradan çıxıb.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən Publika.az-a verilən məlumata görə, bununla əlaqədar olaraq bu gün təhsil müəssisəsində tədris müvəqqəti dayandırılıb.

Dünən məktəb rəhbərliyi tərəfindən müəllim və şagirdlər bununla bağlı məlumatlandırılıb. Hazırda məktəbdə Təhsil Nazirliyinin nümayəndələri və müvafiq ekspertlər araşdırma aparır. Gün ərzində tədrisin bərpa olunması vəziyyəti ilə bağlı əlavə məlumat veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm