Mənzildən 7 min manata yaxın pul oğurlayan tutuldu
Bizi izləyin

Qırmızı.az

Mənzildən 7 min manata yaxın pul oğurlayan tutuldu

Bakıda mənzildən 7 min manata yaxın pul və ev əşyaları oğurlayan şəxs tutuldu.

Bakı Şəhər Baş Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, avqustun 30-dan oktyabrın 16-dək olan müddətdə Maştağa qəsəbəsi Xanlar yeni yaşayış sahəsində yaşayan Gülçöhrə Tapçiyevanın evindən, pəncərənin dəmir barmaqlığını sındırmaqla 6 min manat, 1215 ABŞ dolları və ev əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Abşeron RPŞ və Sabunçu RPİ 14-cü polis bölməsinin əməkdaşarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Ramin Məmmədov tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm