Azyaşlı məhkumlar növbəti şəhər gəzintisində - FOTOSESSİYA
Bizi izləyin

Qırmızı.az

Azyaşlı məhkumlar növbəti şəhər gəzintisində - FOTOSESSİYA

Tərbiyə müəssisəsində nümunəvi davranışı ilə seçilən yetkinlik yaşına çatmayan məhkumların xidmət əməkdaşlarının müşayiəti ilə müəssisənin hüdudlarından kənarda idman, mədəni-kütləvi və digər tədbirlərdə iştirakı davam edir.

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Tərbiyə müəssisəsində məhkum yeniyetmələrlə bağlı növbəti belə tədbir “Dövlət Müstəqilliyi Günü” ərəfəsində keçirilib. Bu barədə Publika.az-a Xidmətdən məlumat verilb.

Yeniyetmələr – Məmmədov Məhərrəm və Məhərrəmov Əliyarın xahişləri nəzərə alınaraq gəzintidən əvvəl Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarı və Şəhidlər Xiyabanı ziyarət edilib.

Şəhərimizin tarixi abidələri olan İçəri şəhər və Qız qalasına ekskursiyadan, eləcə də yeni sima almış Milli Parkda gəzintidən və bədii filmə tamaşadan sonra Tərbiyə müəssisəsinə qayıdan məhkumlar onlara yaradılmış bu imkana görə Ədliyyə Nazirliyinin rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm