• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Bakıda molla ərindən xəbərsiz qadının kəbinini pozdu

Bakıda molla ərindən xəbərsiz qadının kəbinini pozdu

Bakıda mollanın İslam qanunlarına zidd olaraq ərin xəbəri olmadan qadının kəbinini birtərəfli qaydada pozması ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) məlumat daxil olub.

QMİ-dən Publika.az-a verilən məlumata görə, İ.İsrafilov imzalı bir vətəndaş QMİ sədrinin 1-ci müavini müfti Hacı Salman Musayevə məktub ünvanlayıb.

O, məktubunda bildirib ki, 2011-ci ilin dekabr ayının 30-da Bakıya gəlib və gələcək həyat yoldaşı ilə birlikdə Nizami metrosunun yanındakı məscidə gedərək özünün təklifi, sonra isə gələcək həyat yoldaşının razılığı ilə kəbin kəsdiriblər. Amma 2014-cü il sentyabrın əvvəlində onun həyat yoldaşı ərizə yazaraq kəbini birtətəfli qaydada pozdurub. İ.İsrafilovun isə bu əməldən nə xəbəri, nə də kəbini rəsmi şəkildə pozmağa razılığı olub.

Vətəndaş məsələ ilə bağlı QMİ sədrinin 1-ci müavininə 4 sual ünvanlayıb:

“1. Həyat yoldaşımın ixtiyarı varmı ki, mənsiz, tək gedib kəbini pozsun? Bu, qanunsuz deyilmi və günah sayılmırmı?

2. Mollanın ixtiyarı varmı ki, xanım ərinin xəbəri olmadan məscidə talaq üçün gəldikdə, ərdən xəbərsiz o qadının talağını versin? Mənim razılığım olmadan xanımımın talağını vermək din, şəriət qayda-qanunlarını pozmaq deyilmi?

3. Əgər mollanın bu kəbini pozması qanunsuzdursa, onun cəzası nə ola bilər? Çünki molla kəbinimi mənsiz pozub, mənim haqqımı tapdalayıb, mənə ağır zərbə vurub. Mən ürək ağrısından həkimə müraciət etməyə məcbur oldum.

4. Kəbinin pozulmasını ləğv etmək olarmı? Çünki, şəxsən mən razı deyiləm kəbinimiz pozulsun. Ailəmin dağılmasına razı deyiləm.

İstəyirəm kəbinim arxivdən geri qaytarılaraq bərpa olunsun. Ailəmin taleyi ilə bağlı nigaranlıq keçirərək, sizdən cavab gözləyirəm”.

Vətəndaş İ.İsrafilovun sualına cavab olaraq QMİ sədrinin 1-ci müavini bildirib ki, İslamın şəriət qanunlarına əsasən, kişinin icazəsi olmadan qadın boşana və talaq ala bilməz: “Ona görə də sizin durumunuzda həm talaq oxudan qadın, həm də talaq oxuyan din xadimi günahkardır. Başqa ifadə ilə desək, sözügedən qadın hələ də sizin xanımınız və həyat yoldaşınızdır”.

Hacı Salman Musayev İ.İsrafilovdan talağı oxuyan din xadiminin adı və soyadı barədə QMİ-yə məlumat verilməsini xahiş edib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR