Bu gün Azərbaycanda Energetiklər günüdür
Bizi izləyin

Qırmızı.az

Bu gün Azərbaycanda Energetiklər günüdür

Bu gün “Azərenerji” ASC-də Energetiklər gününə həsr olunmuş tədbir keçirilib. Publika.az xəbər verir ki, Energetika Nazirliyi və “Azərenerji” ASC-nin əməkdaşları əvvəlcə Fəxri Xiyabanı ziyarət ediblər. Daha sonra tədbir “Azərenerji” ASC-də davam etdirilib. Tədbiri giriş sözü ilə açan “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev bayram münasibətilə energetika sahəsində çalışan hər kəsi təbrik edib.

Son illərdə 10-dan çox yeni stansiya inşa olunduğunu deyən Etibar Pirverdiyev bildirib ki, ölkədə 2000-ci illərdə elektrik enerjisində problemlər olurdu. Bu problemi aradan qaldırmaq üçün prezidentin sərəncamıyla yeni stansiyalar tikilməyə başlayıb. Hazırda isə kiçik Su Elektrik Stansiyaları (SES) inkişaf etdirilməsinə geniş yer ayrılır: “İndiyə qədər 7-8 siçik SES tikilib. 2015-ci ilin iyununa kimi Şimal elektrik stansiyasının təhvil veriləcəyi gözlənilir”.

Qafqazda İstilik elektrik stansiyasının ilk dəfə Azərbaycanda tikildiyini deyən Etibar Pirverdiyev bildirib ki, yeni stansiyasiyalar tikilir: “10 000 kmlərlə elektrik xətləri çəkilir. Oktyabrın 18-də prezident Goranboyda yeni 330 kilovoltluq stansiyanın açılışını etdi. Görülən işlərə ADA Universitetilə birgə əməkdaşlığımızı da aid etmək olar. Universitetin mühəndislik məktəbinin yaradılmasında “Azərenerji” ASC-nin böyük rolu var. Gənc kadrlara ehtiyac var”.

Daha sonra Energetika naziri Natiq Əliyev çıxış edərək payız və qış mövsümünə hazırlıqların artıq görüldüyünü bildirib. Bu gün enerji problemlərinin bütün bəşəriyyəti narahat etdiyini deyən nazirin sözlərinə görə, enerji təhlükəsizliyi hər bir dövlətin mühüm işidir. O qeyd edib ki, enerji təhlükəsizliyi Azərbaycanda təkcə enerji təhlükəsizliyi deyil, bu həm də milli, dövlət təhlükəsizliyidir.

Tədbirdə ölkə energetikləri adından Prezident İlham Əliyevə müraciət ünvanlanıb.

Tədbirin sonunda bu il yüksək bal toplayaraq ali məktəblərə elektroenergetika ixtisası üzrə qəbul olmuş tələbələr mükafatlandırılıblar.

Qeyd edək ki, hər il oktyabrın 20-si Azərbaycanda "Energetiklər Günü" peşə bayramı kimi qeyd olunur. Azərbaycan Prezidenti İlham Əliyevin 2004-cü il oktyabrln 13-ü sərancamı ilə "Energetiklər Günü" peşə bayramı təsis olunub.

Ölkədə sənaye və yanacaq-energetika kompleksində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı isə Sənaye və Energetika Nazirliyidir. Nazirlik öz fəaliyyətində ölkə Konstitusiyasını, qanunlarını, prezidentin fərman və sərəncamlarını, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələri və nazirliyin Əsasnaməsini rəhbər tutur.

Sənaye və yanacaq-energetika kompleksi mədənçıxarma, emal (neftin və qazınemalı, nəqli və paylanması, kimya, maşınqayırma, metallurgiya, yüngül və digər sənaye sahələrindən), elektrik və istilik enerjisinin istehsalı, təchizatı, ötürülməsi və bu sahələrlə əlaqədar işləri həyata keçirən hüquqi şəxslərdən və fərdi sahibkarlardan ibarətdir.

Xatırladaq ki, Yanacaq və Energetika Nazirliyi Azərbaycan Prezidentinin 6 dekabr 2004-cü il 150 saylı Fərmanı ilə ləğv edilib və onun funksiyaları Sənaye və Energetika Nazirliyinə verilib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm