FHN-dən yanğınla bağlı açıqlama
Bizi izləyin

Qırmızı.az

FHN-dən yanğınla bağlı açıqlama

Fövqəladə Hallar Nazirliyi "Neftçilər" metrosu yaxınlığında yerləşən binalarda baş vermiş yanğınla bağlı xəbərə aydınlıq gətirib. Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, ərazidə yanğın yox, sadəcə tüstüləmə olub. Buna səbəb isə sakinlərin bina yaxınlığında toplanmış zibilliyi yandırmasıdır.

Bina sakinləri zirzəminin yaxınlığındakı zibilliyi yandırıb. Nəticədə 3-4 nəfər tüstüdən qismən boğulub. Həmin şəxslər binadan çıxarılıb. Əraziyə FHN-nin bir briqadası göndərilib, yanğının binalara keçməsinin qarşısı alınıb.

Qeyd edək ki, binanın 1-ci mərtəbəsində xəstəxana – qadın məsləhətxanası yerləşir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm