Qırmızı.az
Bilik Fondu inşa müsabiqəsinin qaliblərini mükafatlandırıb
Qəbələ şəhəri, P.Osmanov adına məktəbdə keçirilən “Mənim arzularım” adlı inşa müsabiqəsinin qalibləri müəyyənləşib. Prezident yanında Bilik Fondunun təşəbbüsü ilə keçirilən müsabiqə iki həftə davam edib, müsabiqədə 6-cı sinifdən 11-ci sinfə qədər şagirdlər iştirak ediblər.
Fondun İctimaiyyətlə əlaqələr sektorundan
Publika.az-a verilən məlumata görə, bu müddət
ərzində şagirdlər Bilik Fondunun elektron ünvanına 50-dən çox inşa
göndəriblər. Qaliblər isə Bilik Fondunun mühazirəçisi Bakı Slavyan
Universitetinin Jurnalistika və Azərbaycan filologiyası
fakültəsinin baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru, “Space”
televiziyasının redaktoru Nüşabə Hüseynlinin məktəbə növbəti səfəri
zamanı keçirilən tədbirdə elan edilib. İştirakçıların hər birinin
inşası barədə ayrıca danışan, onların fikirlərinə öz münasibətini
bildirən Nüşabə xanım qaliblərin adını açıqlayıb, onlara fondun
hədiyyəsini təqdim edib. 15 nəfər isə fondun həvəsləndirici
mükafatına layiq görülüb.
I yer – 10c sinif şagirdi Xəzanə Mustafazadə (gələcək peşəsinin
incəliklərini gözəl ifadə etdiyinə görə);
II yer – 10b sinif şagirdləri Özcan Ədilov və Orxan Musayev
(vətənpərvərlik və vahid Azərbaycanla bağlı arzularına görə);
III yer – 8c sinfinin şagirdi Narınc Ağammədova (Qarabağımızla
bağlı gözəl düşüncələrinə görə).
Tədbirin sonunda müsabiqə iştirakçıları məktəbdə “Bilik” qrupu
yaradılmasını təklif ediblər. Qrupun rəhbəri də şagirdlərin öz
seçimi əsasında inşa müsabiqəsinin qalibi Xəzanə Mustafazadə olub.
Nüşabə xanım “Bilik” qrupuna ilk tapşırığını da verib. Lektor aşağı
siniflərə S.S.Axundovun “Qorxulu nağıllar”, yuxarı siniflərə isə C.
Məmmədquluzadənin “Anamın kitabı”, əsərlərini oxumağı və
müzakirəsini təşkil etməyi tövsiyə edib. “Bilik” qrupunun rəhbəri
Xəzanə Mustafazadə N.Hüseynlinin bölgəyə növbəti səfərində bu
əsərlərin müzakirəsini təşkil edəcəklərini deyib.
Qeyd edək ki, müsabiqə sentyabrın 15-də Bilik Fondunun “İlboyu bilik” proqramı çərçivəsində Nüşabə Hüseynlinin Qəbələdə mühazirəsi zamanı elan edilib.
Bilik Fondunun bu bölgə üzrə lektoru Nüşabə Hüseynli müəllimlər və şagirdlər qarşısında “Azərbaycan bu gün və sabah” mövzusunda mühazirə demişdi.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!