Mərkəzi Elmi Kitabxananın keçmiş direktoruna vəzifə verildi
Bizi izləyin

Qırmızı.az

Mərkəzi Elmi Kitabxananın keçmiş direktoruna vəzifə verildi

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının keçmiş direktoru Aybəniz Əliyeva-Kəngərli AMEA Əlyazmalar İnstitutuna direktor müavini təyin edilib.

Akademiyadan Publika.az-a verilən məlumata görə, AMEA Rəyasət Heyətinin qərarı ilə filologiya üzrə elmlər doktoru A.Əliyeva-Kəngərli AMEA Əlyazmalar İnstitutuna elmi işlər üzrə direktor müavini təyin edilib. Bu gün AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli A.Əliyeva-Kəngərlini kollektivə təqdim ediblər.

Qeyd edək ki, A.Əliyeva-Kəngərli uzun müddət AMEA Mərkəzi Elmi Kitabxanasına rəhbərlik edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm