Mikayıl Cabbarov 54 nəfərin müraciətini qəbul etdi
Bizi izləyin

Qırmızı.az

Mikayıl Cabbarov 54 nəfərin müraciətini qəbul etdi

Bu gün təhsil naziri Mikayıl Cabbarov Tərtər şəhərindəki Gənclər Mərkəzində Tərtər, Ağdam, Ağcabədi, Laçın, Füzuli və Xocavənd rayon sakinlərini qəbul edib.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən xəbərə görə, qəbulda vətəndaşlar, müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin bir rayondan digərinə dəyişdirilməsi, işə bərpa olunma, təhsil sənədlərinin tanınması, ali və orta ixtisas məktəbləri tələbələrinin bir təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsil haqqı və digər məsələlərlə əlaqədar müraciət ediblər.

Qəbulda 54 vətəndaşın müraciəti dinlənilib və əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm