Qırmızı.az
Azərbaycanda siqaret bahalaşacaq
Gələcəkdə Azərbaycanda siqaretin və tütün məhsullarının qiymətinin bahalaşacağı tam realdır. Bunu Trend-ə "European Tobacco Baku" ASC (ETB) tütün şirkətinin İdarə heyətinin sədri Rüfət Quliyev bir qutu siqaretin qiymətində aksiz payının 70 faizədək (ƏDV nəzərə alınmamaqla) artırılmasını nəzərdə tutan tütünə qarşı mübarizə üzrə Ümumdünya Səhiyyə Təşkilatının Çərçivə Konvensiyası ilə bağlı bu yaxınlarda qəbul edilən qərarı şərh edərkən deyib.
Azərbaycanda bir qutu siqaretin qiymətində aksizin payı 12,5 faiz,
Rusiyada 40 faiz, Böyük Britaniyada isə 70 faizdir.
Onun sözlərinə görə, bütün dünyada siqaret çəkmə ilə mübarizə üzrə
görülən tədbirlər nəzərə alınmaqla tütün məmulatlarının qiymətinin
artması tendensiyasi müşahidə olunur: "Bunların sırasında
aksizlərin payının, vergi dərəcələrinin artırılması, ictimai
yerlərdə siqaret çəkilməsini qadağan edən qanunun qəbul edilməsi
var. Ümumilikdə Avropa və dünya iqtisadiyyatına fəal inteqrasiya,
şübhəsiz ki, siqaretin qiymətinə təsir edəcək. İstənilən halda bu
məsələ hökumətin ixtiyarında qalacaq, lakin fikrimcə, Azərbaycan
gec-tez siqaretin qiymətini yüksəltmək zərurəti ilə
qarşılaşacaq".
R.Quliyev qeyd edib ki, idxalçı ölkələr arasında siqaretin
qiymətinin artması Azərbaycanda xüsusi narahatlıq doğurmamalıdır:
"Məsələ burasındadır ki, hazırda Azərbaycanda yerli istehsal tütün
məmulatlarına olan daxili tələbatın 20-25 faizini qarşılayır,
halbuki "European Tobacco"nun potensial gücü Azərbaycanda siqaretə
tələbatın 80-85 faizini qarşılamağa imkan verir. İndiki halda
söhbət brendlərdən gedir. Əhalinin rifahı artdığına görə
Azərbaycanda daha bahalı siqaret markalarına üstünlük verilir.
Lakin hesab edirəm ki, bu, idxal qiymətlərinə təsir etməməlidir,
çünki aksiz payının artması, adətən, daxili bazarda qiymətlərə
təsir edir".
O bildirib ki, siqaretin qiymətinin artması da xammalın bahalaşması
ilə əlaqədar ola bilər: "Avropada tütün əkmək qadağan edilib və
tütünçülük daha çox Latın Amerikası və Afrika ölkələrində yayılır.
Xammal bahalaşır, onun tədarükünə çəkilən xərclər də artır.
Nəticədə istehsalçılar da məhsulun qiymətini artırmaq
məcburiyyətində qalırlar".
R.Quliyev əlavə edib ki, "European Tobacco" ehtiyac yaranacağı
təqdirdə istehsalı 3 dəfə artırmaq gücündədir: "European Tobacco"
ildə 2 milyard siqaret istehsal edir ki, bu da hazırda bazarın
25-27 faizini təmin etməyə imkan verir. Bununla belə, zavod 3 dəfə
daha çox istehsal etmək gücündədir. Tütün məmulatlarının istehsal
həcminin artırılması bir neçə amildən asılıdır - multimilli
şirkətlər - siqaret istehsalçıları ilə razılaşmalar, bazarda
tələbat və xammalın qiyməti".
Onun sözlərinə görə, "European Tobacco"nun məhsullarının ixrac
həcmi ildə 100-120 milyon siqaret arasında dəyişir.
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər