• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Həccdən qayıdanlar nəzarətə götürüldü - Ebolaya görə

Həccdən qayıdanlar nəzarətə götürüldü - Ebolaya görə

Bu il Həcc ziyarətindən qayıdan 4 minə yaxın azərbaycanlı nəzarətə götürülüb.

Bunu Publika.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının direktoru Rakif Abdullayev deyib.

Onun sözlərinə görə, ziyarətdən qayıdanlar hamısı gömrük keçid məntəqələrində xüsusi aparatlar vasitəsilə yoxlanılıb. Həcc ziyarətindən qayıdan şəxslərdə Ebola əlamətləri aşkarlanmayıb:

“Lakin onların hər biri yaşadıqları ərazi üzrə poliklinikalarda nəzarətə götürülüb. Həmin şəxslər hamısı poliklinika həkimləri tərəfindən 21 gün nəzarətdə olacaqlar. Hacılara Ebola əlamətləri barədə məlumat verilib. Onlarda Ebolanın əlamətləri müşahidə edildiyi halda Taun Əleyhinə Stansiyaya müraciət ediləcək. Onlardan qan analizləri götürüldükdən sonra Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda ayrılmış xüsusi palatalarda yerləşdiriləcəklər”.

Qeyd edək ki, Türkiyədə Həcc ziyarətindən qayıdan bir qadın Ebola şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Bir neçə gün əvvəl də Həcc ziyarətindən ölkəsinə qayıdan İndoneziyalı Rabiizayyau Hakse İstanbulun Atatürk hava limanında halı pisləşdiyinə görə xəstəxanaya aparılmışdı. Qadın xəstəxanada ölmüşdü.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR