Qırmızı.az
Ramiz Mehdiyevin kitabının təqdimatı keçirildi
Bu gün Bakı Slavyan Universitetində (BSU) Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin rus dilində çap olunmuş “Şah İsmayıl Səfəvi: hökmdarın və döyüşçünün portreti” kitabının birinci hissəsinin ilk təqdimatı keçirilib.
Trend-in məlumatına görə, tədbirdə Prezident Administrasiyasının
məsul əməkdaşı Eldar Əmirov, Azərbaycan Milli Elmlər Akademiyasının
(AMEA) vitse-prezidenti İsa Həbibbəyli, AMEA Şərqşünaslıq
İnstitutunun direktoru Gövhər Baxşəliyeva, şərqşünas-alim Vasim
Məmmədəliyev, millət vəkili Sahibə Qafarova, AMEA Məhəmməd Füzuli
adına Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimli, BSU-nun
müəllim və tələbə heyəti və digər qonaqlar iştirak ediblər.
Tədbiri BSU-nun rektoru, professor Asif Hacıyev açaraq kitabın
tarixi əhəmiyyətindən danışıb. O qeyd edib ki, bu əsər görkəmli
dövlət xadimi və sərkərdə, Azərbaycan tarixində ilk
mərkəzləşdirilmiş dövlətin - Səfəvilər dövlətinin banisi Şah
İsmayıl Səfəvinin (1487-1524) hərbi-siyasi, ideoloji və diplomatik
irsinə milli tarix elmimizdə ən bitkin və sistemli baxışın
məhsuludur.
A.Hacıyev bildirib ki, bu dəyərli əsərdə orta əsrlər tarixinə yeni
bir baxış ortaya qoyulub. Onun sözlərinə görə, kitabda müəllif
Azərbaycanın tarixi torpaqlarını bütövlükdə təhlil edib, bu ərazidə
baş verən hadisələrə obyektiv münasibət ortaya qoyub.
Rektor tariximizin öyrənilməsi, tədqiqi və gələcək nəsillərə
çatdırılmasında böyük əmək sərf etmiş akademik Ramiz Mehdiyevə
dərin təşəkkürünü bildirib.
Daha sonra çıxış edən Prezident Administrasiyasının məsul əməkdaşı
Eldar Əmirov akademik Ramiz Mehdiyevin salamlarını tədbir
iştirakçılarına çatdırıb. O vurğulayıb ki, müəllif bu kitabı
yazarkən həm Azərbaycan, həm də xarici səfəvişünaslığın əsas
nailiyyətlərini nəzərə alıb.
Onun sözlərinə görə, eyni zamanda, kitabda ilk dəfə olaraq dünyanın
görkəmli şərqşünaslarının araşdırmalarında əksini tapmamış
məxəzlərdən istifadə edilib.
E.Əmirov bildirib ki, akademik Ramiz Mehdiyevin bu əsəri yeddi
fəsildən ibarətdir: "Müəllifin toxunduğu məsələlərin vacibliyi və
əhatə dairəsi barədə tam təsəvvür yaranması üçün həmin fəsillərin
adlarını sadalamaq kifayətdir: “Qərəzsiz və nifrətsiz”, “Səfəvilər
sülaləsinin etnik mənsubiyyəti”, “Səfəviyyə” ordeninin yaranması və
siyasiləşməsi”, “Səfəvilərin ideologiyası. Şiəlik və qızılbaşlıq
siyasi mübarizə vasitələri kimi”, “İsmayıl tərəfindən Azərbaycan
torpaqlarının birləşdirilməsi və Səfəvilər dövlətinin yaranması”,
“Şah İsmayılın böyük dövləti: hərbi və siyasi sistemə baxış”, “Şah
İsmayıl Səfəvi və Azərbaycan mədəniyyətinin və dilinin
çiçəklənməsi”.
Daha sonra çıxış edən AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli
bildirib ki, bu yeni nəşr Azərbaycan dövlətçiliyinin tarixində ilk
mərkəzləşmiş dövlətin əsasını qoymuş Şah İsmayıl Səfəvinin
diplomatik və siyasi fəaliyyətinə həsr olunub.
Onun sözlərinə görə, akademik Ramiz Mehdiyev haqlı olaraq qeyd edib
ki, Azərbaycan tarixinə sistemli şəkildə yanaşmaq zəruridir:
"Müstəqillik qazanmış xalqın özünü dərk etməsi, tanıması vacibdir.
Özünü dərk etməyən xalqda milli qürur və şüur formalaşa bilməz. Bu
baxımdan akademik Ramiz Mehdiyevin kitabı çox əhəmiyyətlidir. Bu,
kitabın ilk cildidir. Ümumilikdə üç cilddə nəşr olunacaq kitab Şah
İsmayıl Xətai irsinin araşdırılmasına böyük töhfə olacaq”.
Tədbirdə çıxış edən digər natiqlər bildiriblər ki, kitab Səfəvilər
dövlətinin tarixinin öyrənilməsi və bu sahədəki boşluğun
doldurulması baxımından olduqca əhəmiyyətlidir.
Qeyd edilib ki, “Şərq-Qərb” nəşriyyat evində çapdan çıxmış bu kitab
mütəxəssislər – tarixçilər və şərqşünaslar, habelə Azərbaycan
tarixinin həmin dövrü və Şah İsmayıl Səfəvinin siyasi irsi ilə
maraqlanan oxucular üçün nəzərdə tutulub.
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır