Mağazaların qənimi tutuldu
Bizi izləyin

Qırmızı.az

Mağazaların qənimi tutuldu

Bakıda kütləvi oğurluqlar törədən şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Suraxanı RPİ 30-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Yevlax rayon sakini, 1987-ci il təvəllüdlü Rövşən Cabbarlı tutulub.

Müəyyən edilib ki, o, avqustun 7-ə keçən gecə Hövsan qəsəbəsi Dənizkənarı küçəsində yerləşən, qəsəbə sakini Bibixanım Məmmədovaya məxsus mağazadan, kilidi sınqırılmaqla tütün məmulatları, spirtli, sərinləşdirici içkilər, danışıq kartları və kolbasa məmulatları, sentyabrın 20-də yenə həmin mağazadan arxa qapını sındırmaqla tütün məmulatı, spirtli içkilər, danışıq kartları və ərzaq məhsulları oğurlayıb.

Avqustun 9-na keçən gecə Hövsan qəsəbə sakini Sücaət Cəlilova məxsus O.Şabanov küçəsində yerləşən marketdən, damı sökmək yolu ilə kassadan 400 manat pul və ödəniş aparatı, oktyabrın 2-nə keçən gecə, Hövsan qəsəbəsi Zeytun sovxozunda yerləşən Fuad Abbasova məxsus mağazadan, açar seçmə yolu ilə 90 manat, 1 ədəd kameraların yaddaş kartı və 2000 manat dəyərində tütün məmulatları oğurlayıb.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm