Qırmızı.az
İran vətəndaşının maşınından narkotik tapıldı
İran vətəndaşı maşında narkotik vasitə keçirmək istəyərkən yaxalanıb. Bu barədə Publika.az-a Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, fakt Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda aşkarlanıb.
İran vətəndaşı Esmaeılpour Meshkanbar Bahman Gholamalı oğlunun idarə etdiyi “Samand” markalı, 33 D 357-10 dövlət qeydiyyat nişanlı minik avtomobilinə Biləsuvar Gİ-nin “Reks” ləqəbli kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib. Baxış zamanı xidməti itin reaksiyasına əsasən avtomobilin ön panelinin orta hissəsində yerləşən havalandırma sisteminin hava axını qurğusunun sağ tərəfində olan zavod konstruksiyasında nəzərdə tutulmuş boşluqdan, gömrük nəzarətindən gizlədilmiş, 1 ədəd şəffaf selofana qablaşdırılmış, xalis çəkisi 950 qram olan narkotik vasitə-tiryək aşkar edilərək götürülüb.
Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır.
-
Magazin122:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR