Azərbaycanda Dinşünaslıq üzrə komissiya yaradılır
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda Dinşünaslıq üzrə komissiya yaradılır

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin yanında Dinşünaslıq üzrə komissiya yaradılır. Bu barədə Publika.az-a komitənin mətbuat xidmətindən məlumat verilib.

Komissiyanın yaradılmasında məqsəd dini etiqad azadlığının təmin olunması, dövlət-din münasibətlərinin inkişaf etdirilməsi, səmərəli dini maarifləndirmənin aparılması, dini radikalizmə qarşı mübarizədə effektivliyin artırılmasıdir. Bu məqsədlə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin yanında fəaliyyət göstərəcək Dinşünaslıq üzrə komissiyanın yaradılması ilə bağlı tədbir keçirilib.

Tədbirdə çıxış edən Komitə sədri Mübariz Qurbanlı komissiyanın əsas məqsədləri barədə məlumat verərək bildirib ki, dünyanın müxtəlif ölkələrində dövlət qurumlarının nəzdində ictimai əsaslarla komissiyaların yaradılır və bu cür komissiyalar beyin mərkəzi kimi fəaliyyət göstərir.

Daha sonra dinşünas alimlər çıxış Komissiyanın yaradılmasını yüksək dəyərləndiriblər.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm