• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

İstefa verən xəstəxana müdirindən ŞOK açıqlama

İstefa verən xəstəxana müdirindən ŞOK açıqlama

Respublika Yanıq Mərkəzinin müdiri Vüqar Ələkbərov vəzifəsindən istefa verib. İstefa səbəbi barədə Publika.az-a məlumat verən V.Ələkbərov bunu mərkəzin imkanlarının yetərli olmaması ilə əlaqələndirib:

“Xarici ölkədə təhsil almışam və yüksək texnologiya, müasir üsullarla işləməyə öyrənmişəm. Respublika Yanıq Mərkəzində isə xəstələr ev şəraitində müalicə olur, heç bir süni tənəffüs aparatı yoxdur, yanıqda istifadə olunan spesifik dərmanların heç biri verilmir. Bilik səviyyəmin zamanla paslanacağını düşündüm və ona görə də istefa etdim.Əlbəttə, oradakı həkimlərlə dostluğumuz davam edir, hər hansı inciklik yoxdur”.

V.Ələkbərov bundan sonrakı fəaliyyətini özəl klinikaların birində davam edirəcəyini bildirib.

“Bir neçə özəl xəstəxana ilə danışıqlar aparıram. Ola bilər ki, onların birində müasir tələblərə uyğun yanıq mərkəzi quraq, həm də plastik-estetik cərrahiyə mərkəzi kimi də fəaliyyət göstərə bilərik”.

Qeyd edək ki, Respublika Yanıq Mərkəzinə bu ilin martında Bakıdakı 5 saylı Şəhər Klinik Xəstəxanasının Yanıq şöbəsinin bazasında yaradılıb.

Bir müddət əvvəl mətbuatda mərkəzin istefa vermiş şöbə müdiri V.Ələkbərovun tibb işçiləri və xəstələrdən pul yığması, tibb bacılarını əsassız olaraq işdən çıxarması barədə məlumatlar verilmişdi. V.Ələkbərov isə ona qarşı irəli sürülən ittihamları qəbul etməmişdi.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR