Xaricdən gətirilən heyvanlar ət bazarı üçün təhlükəlidirmi?
Bizi izləyin

Qırmızı.az

Xaricdən gətirilən heyvanlar ət bazarı üçün təhlükəlidirmi?

Azərbaycana xaricdən gətirilən heyvanlar hamısı müayinədən keçirilir. Heyvanların gətirildiyi ölkələrin hamısının epizodik durumu araşdırılır, hər hansı təhlükə, xəstəlik olmadığı halda heyvan gətirilməsinə icazə verilir.

Bunu Publika.az-a açıqlamasında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli məlumat verib.

O, ekspertlərin xaricdən gətirilən heyvanların ölkədə xəstəlik yayması ilə bağlı deyilən fikirlərə aydınlıq gətirərkən deyib. Y.Xanvəlinin sözlərinə görə, sənəd əsasında, qeydiyyatda olan obyektdə satılan heyvanlar hamısı qeydiyyatdan keçib.

“Ukrayna, Gürcüstan, Rusiya, Almaniya, Fransadan və digər ölkələrdən kəsim və ya damazlıq üçün gətirilən heyvanlar hamısı əvvəlcə nəzarətdə saxlanılır. Həmin müddətdə heyvanların baytarlıq şəhadətnaməsində hansı xəstəliklərə görə vaksin edildiyi müəyyən edilir. Həmçinin gətirildikləri ölkədə qeydə alınmış xəstəliklərlə bağlı da təkrar müayinə aparılır. Onlar 21 gün nəzarətdə saxlanılır, kəsim və damazlıq üçün yararlı olduğu müəyyən edildikdən sonra istifadəsinə icazə verilir. Gürcüstandan və digər ölkələrdən xəstə heyvanların gətirilməsi ilə bağlı səsləndirilən fikirlər tamamilə əsassızdır”.

Y.Xanvəli heyvanlar arasında təlafat olması bağlı deyilən fikirləri inkar etmədiyini bildirib. Bunun bir səbəbi təbii qocalmadırsa, baxımsızlıqdan da ölüm halları müşahidə edilir, bundan sonra da ediləcək. “Nodulyar-dermatit” xəstəliyi ilə bağlı ciddi mübarizə aparılır.

O, son illər heyvanlar arasında yeni xəstəliklərin yayılmasının xaricdən gətirilən heyvanlarla əlaqədar olması ilə bağlı deyilən fikirlərin də həqiqəti əks etdirmədiyini deyib:

“Son illər heyvanlar arasında yayılan kütləvi xəstəliklər bütün dünyada müşahidə olunan və xüsusilə qansoran həşəratlar vasitəsilə keçən xəstəliklərdir. Bu il heyvanlar arasında kütləvi halda yayılmış “Nodulyar dermatit” xəstəliyə bu formada yayılır. Bu xəstəliyin yayılmasının xaricdən gətirilən heyvanla əlaqələndirmək düzgün deyil”.

Y.Xanvəli təsərüfatlarındakı heyvanlarda xəstəlik aşkarlanan fermerlərin işbazlar tərəfindən aldadılmasını inkar etmədi.

“Həmin şəxslər fermerləri aldadırlar ki, xəstəlik aşkarlanıbsa, heyvan öləcək. Çıxış yolu kimi də heyvanın satışını məsləhət görürlər. Fermerlər arasında heyvan itkisindən qorxub, onu ucuz qiymətə satması mümkündür. Biz dəfələrlə xəbərdarlıq etsək də, bu üsulu seçənlər olur. Lakin bir daha xəbərdarlıq edirik ki, həmin aşkarlanan xəstəliklər müalicə olunandır, işbazlara uymasınlar”.

Qeyd edək ki, mətbuatda bəzi bölgələrdə ətin 1-2 manat ucuzlaşması ilə bağlı məlumat yayılıb. Məlumatı şərh edən ekspertlər bununa bağlı müxtəlif səbəblər göstərib. Həmçinin Gürcüstandan idxal edilən heyvanların əslində Ermənistandan gətirildiyi və ölkədə yayılan xəstəliklərin həmin heyvanlardan yoluxması ilə bağlı fikirlər deyilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm