Qırmızı.az
İstintaq Təcridxanasında nikah mərasimi - FOTOLAR
Azadlıqdan məhrum edilmiş şəxslərin “ASAN” xidmətin fəaliyyətindən yararlanmasına şərait yaradılması istiqamətində tədbirlər davam etdirilir. Növbəti belə tədbir Ədliyyə Nazirliyi Penitensiar xidmətinin tabeliyindəki Bakı İstintaq təcridxanasında keçirilib.
Xidmətdən Publika.az-a verilən məlumata görə, Bakı İstintaq təcridxanasında saxlanılan həbs edilmiş şəxs Mahmudov Nizami Əmir oğlunun və yaxınlarının müraciəti əsasında Penitensiar xidmətin rəhbərliyi onun nikah mərasiminin keçirilməsi üçün müvafiq şərait yaradıb. 21.10.2014-cü il tarixdə təcridxananın inzibati binasında 4 saylı Bakı "Asan Xidmət" mərkəzinin əməkdaşları Turan Abbasova, Pərvin Məmmədova və Akim Abbasov tərəfindən Mahmudov Nizami Əmir oğlunun vətəndaş Məmmədova Gülnar Müzəffər qızı ilə nikahı qeydə alınıb.
Yeni ailə quran gənclər yaradılmış şəraitə görə Ədliyyə Nazirliyinin və “ASAN” xidmətin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO
-
Magazin208:36
Kristofer Nolan cəngavər olacaq, xanımı isə... - FOTO
-
Ekologiya07:17
Bu günə olan hava PROQNOZU - 20 dərəcə isti
-
Magazin206:16
Leonardo Di Kaprio ilə sevgilisi arasında NƏ BAŞ VERİR?