Marşrutlarda qiymət artımına nazirlikdən cavab
Bizi izləyin

Qırmızı.az

Marşrutlarda qiymət artımına nazirlikdən cavab

Marşrut xətlərində gediş haqqının artırılması ilə bağlı sonuncu dəfə ötən il müraciət olmuşdu, lakin qiymət artırılmamışdı. Qiymət artımı hazırda gündəmdə deyil.

Bunu Publika.az-a açıqlamasında İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev məlumat verib.

A.Əliyev bəzi marşrut xətləri tərəfindən gediş haqqlarının artırılması ilə bağlı məlumatların araşdırılacağını bildirib:

“Iqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar siyasəti və İstehlakçıların Hüquqlarını müdafiəsi dövlət xidməti tərəfindən məsələ araşdırılacaq. Orada yazılanlar təsdiqini tapsa, qanuna uyğun tədbir görüləcək. Bu halla qarşılaşan şəxslər 195-2 məlumat mərkəzinə, dövlət xidmətinin 498 15 01(04) nömrəli telefona müraciət edə bilərlər”.

Qeyd edək ki, mətbuatda Bakının 214, 215, 189, 191,160, 106, 113 saylı marşrut avtobuslarında sərnişinlərdən 20 və 25 qəpik əvəzinə 30 qəpik almaları ilə bağlı məlumat yayılıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm