Səhiyyə Nazirliyi: “Keçmiş müdirin danışdıqları həqiqətəuyğun deyil”
Bizi izləyin

Qırmızı.az

Səhiyyə Nazirliyi: “Keçmiş müdirin danışdıqları həqiqətəuyğun deyil”

“Respublika Yanıq Mərkəzi, digər müəsisələr kimi, hər bir tibbi və digər zəruri ləvazimatla təchiz olunub.

Nazirlik tibb müəssisələri arasında heç bir ayrıseçkilik qoymur”. Bunu Publika.az-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Yanıq Mərkəzinin müdiri vəzifəsindən istefa verən Vüqar Ələkbərovun fikirlərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, keçmiş müdirin dedikləri həqiqətəuyğun deyil. Bir müddət əvvəl keçmiş müdirin işçilərdən fond pulu yığılması barədə şikayətin olmasına gəldikdə, A.Qədirli bu barədə dəqiq məlumatı olmadığını deyib:

“Bizə hər hansı bir şikayət daxil olmayıb. Amma mənim bildiyimə görə, kollektiv arasında da keçmiş müdirdən narazılıq var idi”.

Qeyd edək ki, Respublika Yanıq Mərkəzinin müdiri Vüqar Ələkbərov vəzifəsindən istefa verməsinin səbəbini mərkəzdə tibbi xidmət üçün lazımı şəraitin yaradılmaması ilə əlaqələndirib və süni tənəffüs aparatının olmadığını və yanıqda istifadə olunan spesifik dərmanların verilmədiyini bildirib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm