İlk dəfə Azərbaycana səfər edən “Gənc baxış”: "Azərbaycanı çox sevdik!"
Bizi izləyin

Qırmızı.az

İlk dəfə Azərbaycana səfər edən “Gənc baxış”: "Azərbaycanı çox sevdik!"

“Kanal-D”nin populyar “Gənc baxış” proqramının 8 nəfərlik yaradıcı heyəti millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayevanın və AZEDER-in təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanda tanışlıq səfərində olublar.

İlk dəfə Azərbaycana səfər edən qrup üzvləri millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayevanın müşayiəti ilə ilk öncə Fəxri Xiyabanı ziyarət ediblər.Millət vəkili Qənirə Paşayevanın və AZEDER təşkilatı fəallarının müşayiəti ilə qonaqlar öncə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftolmoloq alim Zərifə Əliyevanın məzarını ziyarət ediblər. Ümummilli lider Heydər Əliyevin “bir millət - iki dövlət” kəlamını xatırladan Q.Paşayeva, onun həyatının Türk Dünyası üçün bir örnək olduğunu qeyd edib. Bundan sonra Azərbaycan xalqının Fəxri Xiyabanda uyuyan görkəmli ziyalıları, dövlət adamlarının məzarları ziyarət edib və ruhuna dualar oxunub. Sonra qonaqlar Şəhidlər Xiyabanını ziyarət ediblər.

Millət vəkili qonaqlara Ermənistanın işğalçılıq siyasəti, işğal etdiyi Azərbaycan torpaqlarında dinc insanlara qarşı törədilmiş vandalizm aktları, qətliamlar, soyqırımlar barədə geniş bilgi verib. Qonaqlar Şəhidlər Xiyabanında həmçinin şəhid jurnalistlər Milli Qəhrəmanlar, telejurnalist Çingiz Mustafayevin, Salatın Əsgərovanın və Alı Mustafayevin də məzarlarını ziyarət ediblər. Qonaqlar onlarla bağlı ətraflı bilgi verilib. Daha sonra “Kanal-D”nin populyar “Gənc baxış” proqramının 8 nəfərlik yaradıcı heyəti Bakı Türk Şəhidliyini ziyarət ediblər.

Millət vəkili Qənirə Paşayeva XX yüzilliyin müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının məhz Azərbaycanda qurulduğunu, 1918-ci ildə erməni-daşnak qruplaşmalarının Bakıda və Azərbaycanın digər bölgələrində amansız qətliamlar törətdiklərini, Qafqaz Türk İslam Ordusunun Azərbaycanı, özəlliklə, Bakını erməni-daşnak işğalından azad etmək üçün qardaş köməyinə gəldiyini faktların dili ilə geniş şərh edib, Bakı Türk Şəhidliyinin bir qardaşlıq məzarlığı, and yeri olduğunu bildirib.

Azərbaycanda tanışlıq səfəri çərçivəsində “Kanal-D”nin populyar “Gənc baxış” proqramının 8 nəfərlik yaradıcı heyəti Xətai rayonu ərazisində yerləşən, Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini və Dövlət İncəsənət Muzeyinin həyətində qoyulmuş “Güllələnmiş heykəlləri” də ziyarət ediblər. Millət vəkili, Azərbaycan-Türkiyə Dostluq Qrupunun üzvü Qənirə Paşayevanın müşayiəti ilə gerçəkləşən ziyarətlər əsnasında ilk dəfə Azərbaycana gələn qardaş ölkənin “Kanal-D” telekanalının “Gənc baxış” proqramının 8 nəfərlik yaradıcı heyətinə Xocalı soyqırımı, Qarabağda yaşananlar, Ermənistanın Azərbaycan torpaqlarını işğalı zamanı törətdiyi vandalizm aktları barədə geniş məlumat verilib.

Sonra qonaqlar millət vəkili, Azərbaycan-Türkiyə Dostluq Qrupunun üzvü Qənirə Paşayevanın müşayiəti ilə paytaxtla yaxından tanışlıq səfərinə İçərişəhərdən başlayıblar. Onlar burada Şirvanşahlar Saray-Komleksini, Seyid Yəhya Bakuvinin türbəsini, Qız qalasını, Cümə Məscidini və bir sıra tarixi abidələri ziyarət edib ziyarət ediblər, onlara Bakının tarixi, Azərbaycan tarixi, mədəniyyəti, həqiqətləri ilə bağlı geniş məlumatlar verilib. Paytaxtla tanışlıq şəhərin böyük muzeylərini ziyarətlə davam edib. Qonaqlar həmçinin Atəşgahı, Yanardağı ziyarət edib, Bakı ilə daha geniş tanış olublar. Heydər Əliyev mərkəzini geniş ziyarət ediblər və yaxından tanış olublar.

Türkiyəli qonaqlar Quba və Qusarda da olublar. Quba-Qusar səfərində, öncə millət vəkili, Azərbaycan-Türkiyə Dostluq Qrupunun üzvü Qənirə Paşayevanın “Quba Soyqırım Məzarlığı”, onun 2007-ci ildə üzə çıxması, sonra burada ucaldılmış abidə və qeyri-adi muzey barədə, habelə 1918-ci ildə Qafqazda yaşananlar, erməni silahlı dəstələrinin, terror təşkilatlarının dinc azərbaycanlılara qarşı törətdikləri soyqırım barədə ətraflı bilgilər verilib. Qusarla geniş tanış olan gənclər burada “Şahdağ Qış İdman-Turizm Mərkəzi” və rayonun digər görməli yerləri ilə tanış olublar. Qonaqlara “Şahdağ”da yaradılan şərait barədə, ümumən Azərbaycanın hər dörd fəslə uyğun turizm imkanları haqqında ətraflı bilgi verilib.

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva ilə görüşdə millət vəkili “Kanal-D”nin populyar “Gənc baxış” proqramının yaradıcı heyətinə Azərbaycanla bağlı geniş məlumatlar verib, zəngin proqram əsasında gerçəkləşən belə səfərlərin çox anlamlı olduğunu, orta tarixə sahiblənməyimiz, bugünün sevincidə, kədərində ortaqlaşmamız və ortaq gələcək inşa etməmizdə böyük önəm daşıdığını vurğulayıb. Millət vəkili qonaqlara Ermənistanın işğalçılıq siyasəti, işğal etdiyi Azərbaycan torpaqlarında dinc insanlara qarşı törədilmiş vandalizm aktları, qətliamlar, soyqırımlar barədə geniş bilgi verib.

Millət vəkili Qənirə Paşayeva ortaq problemlərimizin daha geniş şəkildə işıqlandırılması və dünya ictimaiyyətinin diqqətinə daha geniş şəkildə çatdırılması üçün Azərbaycanın və Türkiyənin media nümayəndələri arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. Millət vəkili Qənirə Paşayeva eyni zamanda media nümayəndələrinə Azərbaycan-Türkiyə əlaqələrinin bu günü və perspektivləri barədə də danışıb. Türkiyənin Kanal-D” televiziyasının populyar “Gənc baxış” proqramının yaradıcı heyətinin üzvləri Azərbaycana səfər etməkdən məmnun olduqlarını və Azərbaycanı özlərinə çox doğma hesab etdiklərini bildiriblər və proqramın növbəti buraxılışlarından birinin Azərbaycandan yayımlanması ilə bağlı düşüncə və planları barədə də danışıblar və bu barədə millət vəkili Qənirə Paşayevanın öz dəstəyini əsirgəməyəcəyinə inandıqlarını deyiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm