• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Nazirlik 3000-ə yaxın işsizi kurslara cəlb etdi

Nazirlik 3000-ə yaxın işsizi kurslara cəlb etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti (DMX) tərəfindən işsiz və işaxtaran vətəndaşların məşğulluq imkanlarının artırılması və əmək bazarına çıxışının asanlaşdırılması məqsədilə peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma kursları təşkil olunur.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, yannvar-sentyabr aylarında DMX orqanları tərəfindən Bakıda, həmçinin respublikanın rayon və şəhərlərində dərzi, kompyuter istifadəçisi, kompyuterçi-dizayner, bərbər, qaynaqçı, tikişçi, qənnadçı və s. peşələr üzrə 168 peşə hazırlığı kursu təşkil edilib. Onlardan 11-i modul, qalanları ənənəvi təlim proqramları əsasında və təcrübəli peşə təlimi mütəxəssisləri tərəfindən aparılıb.

Kurslara ümumilikdə 2982 nəfər işsiz və işaxtaran vətəndaş cəlb olunub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR