Nazirlikdən VİRUS xəbərdarlığı
Bizi izləyin

Qırmızı.az

Nazirlikdən VİRUS xəbərdarlığı

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi internet istifadəçilərinə xəbərdarlıq edib.


Publika.az nazirliyə istinadən xəbər verir ki, “MX Lab” e-poçt vasitəsi ilə yayılan “my new photo ;)” mövzulu yeni troyanı aşkar edib.


Bu troyan antivirus proqramları vasitəsi ilə çox çətin aşkar edilir, saxta e-poçt mesajı vasitəsilə göndərilir.


Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi istifadəçilərə onlara göndərilmiş bu məzmunlu e-poçt mesajlarını açmamağı və e-poçt mesajına əlavə edilmiş faylı kompüterə yükləməməyi tövsiyə edir.


Mərkəz bildirir ki, e-poçt mesajına əlavə edilmiş arxiv faylın adı photo.zip-dir, photo.exe fayl genişlənməsi ilə 57 kb həcmindədir. Troyan “HEUR/QVM03.0.Malware.Gen” və ya “Win32:Malware-gen.” zərərli proqram təminatının bir növüdür.


Onu da qeyd edək ki, 53 antivirus proqramından yalnız 2-si bu troyanı aşkar edə bilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm