23 rayon qazsız qalacaq
Bizi izləyin

Qırmızı.az

23 rayon qazsız qalacaq

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, qaz nəqli sistemində və qaz şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar bu gün saat 13:00-dək Xaçmaz rayonunun bir hissəsinə, 14:00-dək Nərimanov rayonunun bir hissəsinə, 15:00-dək Qazax rayonunun bir hissəsinə, 16:00-dək Xızı rayonunun bir hissəsinə, saat 12:00-dan 14:00-dək Göygöl rayonunun bir hissəsinə, saat 13:00-dan 15:00-dək Ağcabədi rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Eləcə də saat 18:00-dək Tərtər rayonuna, Bərdə, Ağdam, Lənkəran, Masallı və Şamaxı rayonlarının bir hissəsinə, saat 16:00-dan 18:00-dək Beyləqan və Gədəbəy rayonlarının bir hissəsinə, işlər başa çatanadək isə Binəqədi, Balakən, Zaqatala, Qaradağ, Abşeron, Nəsimi, Xəzər və Nizami rayonlarının bir hissəsinə, həmçinin bü gündən başlayaraq 24 oktyabr 2014-cü il tarixədək Hacıqabul rayonunun Udulu kəndi və Muğan qəsəbəsinə təbii qazın verilişində fasilələr olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm