Pensiyaları poçt şöbələrindən almaq mümkün olacaq
Bizi izləyin

Qırmızı.az

Pensiyaları poçt şöbələrindən almaq mümkün olacaq

Bütün poçt şöbələrində xüsusi bankomatlar quraşdırılacaq.

Publika.az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov “Sosial müdafiə sahəsində elektron xidmətlər: keyfiyyət və miqyasın genişləndirilməsi” mövzusunda Dövlət Sosial Müdafiə Fondu (DSMF) və Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) birgə təşkilatçılığı ilə bu gün keçirilən beynəlxalq seminarda çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, həmin bankomatlardan sosial müavinət və pensiyaları almaq mümkün olacaq.

Hazırda bu məsələlərin müzakirə mərhələsində olduğunu deyən nazir bildirib ki, bu istiqamətdə bəzi problemlər var, onlar həll olunduqdan sonra bu barədə danışmaq olar.

S.Müslümov deyib ki, bu tədbir Azərbaycanın ən ucqar ərazilərində yaşayan vətəndaşların pensiya təminatına yönəlib.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm