Sumqayıtda gənc 3 dayısını diri-diri yandırdı
Bizi izləyin

Qırmızı.az

Sumqayıtda gənc 3 dayısını diri-diri yandırdı

Bu gün Sumqayıt şəhərində dəhşətli hadisə baş verib. Anspress-in məlumatına görə, Corat qəsəbəsində 23 yaşlı gənc 3 dayısını yandıradaq öldürüb. Hadisə səhər saatlarında baş verib.

Belə ki, 1991-ci il təvəllüdlü Əsgəralı Füzuli oğlu Abbasov dayıları 1971-ci il təvəllüdlü Dünyamalı Mirzəyev, 1965-ci il təvəllüdlü Yadigar Mirzəyev və 1960-cı il təvəllüdlü Ağamalı Mirzəyevin olduğu bağ evinə od vuraraq qapılarını bağlayıb.

Nəticədə onların üçü də tüstüdən boğularaq ölüblər. Hazırda qətli səbəbləri araşdırılır.

Cinayəti törədən gənc isə saxlanılıb. Faktla bağlı cinayət iş ibaşlanıb, araşdırma aparılır,

Oxumağa davam et
Reklam
Reklam

Gündəm