• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Azərbaycanda dövlət pensiyaları daha artırmayacaq

Azərbaycanda dövlət pensiyaları daha artırmayacaq

Gələn il Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin formalaşmasında sosial sığorta haqları bu illə müqayisədə 12% çox olacaq.

Publika.az xəbər verir ki, bu barədə DSMF-nin sədri Elman Mehdiyev məumat verib. Onun sözlərinə görə, fondun qeyri-büdcə gəlirlərinin artırılması 2015-ci ilin dövlət büdcəsi layihəsində nəzərdə tutulub. Sənəd hazırlanarkən, sosial-iqtisadi inkişaf göstəricilərinin, o cümlədən orta aylıq əmək haqqının proqnozlaşdırılan həddi nəzərə alınıb.

Tədricən isə Azərbaycanda pensiyalarla bağlı dövlət büdcəsindən ayırmalara tamamilə son qoyulacaq. Elman Mehdiyevin sözlərinə görə, sığorta-pensiya sistemində həyata keçirilən islahatlar çərçivəsində pensiyaların birtərəfli qaydada dövlət tərəfindən maliyyələşdirilməsinə dair SSRİ dövründən qalma mexanizm ləğv edilə bilər. “Bu, ölkədə pensiya-sığorta sistemini inkişaf etdirməyin yeganə yoludur”.

Yeni formalaşdırılan sistemə görə, pensiyalar yalnız işləyən vətəndaşların hər ay maaşından ayrılan sosial sığorta yığımları (pensiya kapitalı) əsasında veriləcək və artırılacaq. Başqa sözlə, bu məsələdə dövlət büdcəsinin üzərinə düşən yük götürüləcək.

Bunun üçün əsas diqqət iş yerlərində əmək haqlarının tam rəsmiləşdirilməsinə yönəlib. Elman Mehdiyev bildirib ki, pensiya artımlarına nail olmaq üçün ilk növbədə ödənilən əmək haqlarının leqallaşdırılması və bu əsasda daha yüksək sosial sığorta haqlarının fərdi hesablarda qeydə alınmasına nail olmaq lazımdır.

Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR