ŞOK: Bakıda başı kəsilən qız bacısı tərəfindən öldürülüb - Yenilənib
Bizi izləyin

Qırmızı.az

ŞOK: Bakıda başı kəsilən qız bacısı tərəfindən öldürülüb - Yenilənib

Bakıda törədilən dəhşətli qətlin üstü açılıb.

Xətai Rayon Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, həyata keçirilən araşdırmalar zamanı Günel Etibar qızı Nuriyevanın bacısı Pərvanə Nuriyeva tərəfindən qətlə yetirildiyi məlum olub.

Qətldə şübhəli bilinən P. Nuriyeva saxlanılıb. Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

20:30

Bakıda dəhşətli qətl hadisəsi qeydə alınıb.

Xətai rayon Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, Xudu Məmmədov küçəsi 18 ünvanında kirayədə yaşayan, musiqi məktəbinin 1-ci kurs tələbəsi, Şəki rayon sakini 1996-cı il təvəllüdlü Günel Etibar qızı Nuriyevanın başı kəsilmiş meyiti tapılıb.

Hadisənin təfərrütları məlum deyil.

Faktla bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm