İŞİD-in azərbaycanlı Əmiri öldürüldü - FOTO
Bizi izləyin

Qırmızı.az

İŞİD-in azərbaycanlı Əmiri öldürüldü - FOTO

Koalisiya qüvvələrinin Kobaniyə hava hücumu zamanı İŞİD-in Qafqaz əmiri, azərbaycanlı Rövşən Bədəlov qətlə yetirilib.

Publika.az-ın məlumatına görə, 50 yaşlı Bədəlov terrorçular arasında "Xalid Azəri" ləqəbilə tanınır. Hava hücumu zamanı Xali azərinin 25 "əsgəri"nin də həlak olduğu bildirilir.

Bədəlov kimdi?

1964-cü ildə Tərtər rayonunda andan olub. Dindar həyatından əvvəl siyasətlə məşğul olub. Hətta onun Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından olduğu bildirilir.

2000 – 2001-ci illərdə Rusiya – Çeçenistan müharibəsinin arxa cəbhəsi hesab olunan Pankisi ərazisində “Tabuk” adlı qrupa rəhbərlik edib.

2001 – 2002-ci illərdə dəstəsi ilə birlikdə Azərbaycana qayıdaraq Qarabağda döyüşmək istəyən Bədəlov həbs olunaraq 10 il azadlıqdan məhrum edilib.

2013-cü ildə həbsdən çıxan Rövşən Bədəlov 1 ay sonra Suriyaya gedib. Aralarında azərbaycanlıların da olduğu qafqazlılardan ibarət “Tabuk” qrupunu yaradan Bədəlov daha sonra İŞİD-ə qoşulub.

Hərbi bacarığına və döyüş təcrübəsinə görə, qısa müddət ərzində Qafqaz əmiri vəzifəsinə qədər yüksəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm