Bakıda mənzildə tiryəkxana aşkarlandı
Bizi izləyin

Qırmızı.az

Bakıda mənzildə tiryəkxana aşkarlandı

Keçmiş məhkum Bakıda mənzildə tiryəkxana açıb.

Bakı Şəhər Baş Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinin əməkdaşlarının cibgirlik cinayəti ilə bağlı keçirdikləri əməliyyat tədbirləri nəticəsində, İ.İsmayılov küçəsində yaşayan, əvvəllər məhkum olunmuş 1963-cü il təvəllüdlü Müzəffər Bağırovun evində tiryəkxana açması müəyyən edilib.

M.Bağırovun mənzilinə baxış keçirilərkən satış məqsədi ilə əldə etdiyi 1,480 qram heroin, 5 ədəd 2 qramlıq şprisin içərisində heroindən hazırlanmış məhlul aşkar edilərək götürülüb. Müştəri qismində həmin ünvanda olan dəfələrlə cibgirliyə görə məhkum olunmuş Bakı şəhər sakinləri 1954-cü il təvəllüdlü Əli Novruzovdan 0,850 və 1964-cü il təvəllüdlü Elçin Nəsirlidən 0,761 qram heroin götürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm