• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Bakıda bu yollar bağlıdır

Bakıda bu yollar bağlıdır

Paytaxtın bəzi yollarında sıxlıq müşahidə olunur. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Publika.az-a verilən xəbərə görə, hazırda Akademik Həsən Əliyev küçəsi “ASAN xidmət”-in qarşısından Azadlıq prospekti istiqamətində, Koroğlu Rəhimov küçəsindən Prezident İqamətgahı istiqamətində, Tbilisi prospektindən "20 Yanvar" metrostansiyası istiqamətində, Xətai prospekti və Təhsil Nazirliyinin qarşısında hər iki istiqamətdə və Azadlıq prospektindən Dostluq kinoteatrı istiqamətində avtomobillərin hərəkətində sıxlıq müşahidə olunur.

Hazırda bağlanan yollara gəlincə, mərkəzdən bildirdilər ki, Ziya Bünyadov prospekti təmir olunduğundan bu yolda avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə olunur.

Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR