Qırmızı.az
Dərmanların qiyməti dövlət tərəfindən tənzimlənməlidir
"Azərbaycanda dərmanların qiymətinin dövlət tərəfindən tənzimlənməsinə çalışmaq lazımdır". Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.
Ə.Əhmədov qeyd edib ki, hazırda Azərbaycanda dərmanların vahid qiymətinin tətbiqi məsələsi üzərində iş gedir.
Onun sözlərinə görə, bu, dünyanın əksər ölkələrində belədir: "Güman edirəm ki, Azərbaycan da bu yolla getməlidir. Bu istiqamətdə müəyyən addımlar atılıb və işlər görülüb. Biz çalışmalıyıq ki, insanların ala bilməsi üçün dərman preparatlarının qiymətləri optimal olsun. Eyni zamanda, nəzərə alınmalıdır ki, Azərbaycanda dərman preparatları istehsal olunmur və dərmanlar əsasən idxal edilir”.
Ə.Əhmədovun fikrincə, elə etmək lazımdır ki, sahibkarlar da o dərmanları ölkəyə gətirməkdə maraqlı olsunlar: “Burada iki tərəfin marağı nəzərə alınmalıdır. Birincisi sahibkarın, çünki bu maraq nəzərə alınmasa, sahibkar dərmanları Azərbaycana gətirmək istəməyəcək. İkincisi isə, vətəndaşın marağı nəzərə alınmalıdır. Bu iki marağın uzlaşdırılması o qədər də asan deyil. Amma bu istiqamətdə işlər gedir və yaxın zamanda bunun şahidi olacağıq”.
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK