• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

İsrail səfiri “Khazar İslands”-a baş çəkdi

İsrail səfiri  “Khazar İslands”-a baş çəkdi

Azərbaycanda akredatsiya olunmuş diplomatik korpusun “Avesta Concern”in həyata keçirdiyi “Khazar Islands” layihəsinə marağı və diqqəti artmaqda davam edir. Səudiyyə Ərəbistanı Krallığının fövqəladə və səlahiyyətli səfiri Müsaid bin İbrahim əs-Süleymd və Yaponiyanın səfiri Tsuquo Takaxasidən sonra İsrailin Azərbaycan Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri cənab Rafael Harpaz də “Avesta Concern”in həyata keçirdiyi “Khazar Islands” layihəsi ilə yerində tanış olmaq üçün layihənin həyata keçirildiyi əraziyə səfər edib. Ailəsi ilə bərabər “Khazar Islands”-a gedən səfir Rafael Harpazı “Avesta Concern”in prezidenti Hacı İbrahim Nehrəmli xanımı ilə bərabər qarşılayıb. Səfir Rafael Harpaza layihə haqqında geniş məlumat verən “Avesta Concern”nin prezidenti Hacı İbrahim Nehrəmli hörmətli qonağı görülən işlərlə də tanış edib. Səfir Rafael Harpaz “Avesta Concern”in həyata keçirdiyi “Khazar Islands” layihəsinin sədasının Azərbaycanın sərhədlərini aşaraq bütün dünyada səs saldığını qeyd edib. Gənc bir respublikada belə böyük layihənin həyata keçirilməsinin Azərbaycan dövlətinin sürətli inkişaf yolunda olmasının sübutu olduğunu qeyd edən səfir ölkəsinin iş adamlarının Azərbaycanda fəaliyyət göstərməkdə maraqlı olduğunu vurğulayıb. “Avesta Concern”nin prezidenti Hacı İbrahim Nehrəmli də İsrailli iş adamları ilə əməkdaşlığa hazır olduqlarını, bu əməkdaşlığın dövlətlər arası münasibətlərin daha da inkişafına müsbət təsir göstərəcəyini qeyd edib. Səfir Rafael Harpez İsrailə ilə Azərbaycan arasında münasibətlərin daha da inkişafına, iş adamları arasında əməkdaşlığın dərinləşməsi üçün əlindən gələni edəcəyini bildirib.

“Khazar Islands” layihəsi ilə bağlı səfir Rafael Harpezə geniş məlumat verildikdən və görülən işlərlə tanış edildikdən sonra “Avesta Concern”in prezidenti Hacı İbrahim Nehrəmli və xanımı hörmətli qonaqların şərəfinə nahar verib.

Müasir dünyanın siyasi və iqtisadi proseslərinə istiqamət verən sənayecə inkişaf etmiş böyük 20 dövlətinin sırasına daxil olan üç ölkənin, Yaponiya, Səudiyyə Ərəbistanı və İsrailin Azərbaycan Respublikasındakı səfirlərinin “Avesta Concern”in həyata keçirdiyi “Khazar Islands” layihəsi ilə yerində tanış olmaları bu layihənin artıq dünyanın siyasi və biznes dairlərinin diqqət mərkəzində olduğunu bir daha təsdiqləyir. Yaponiya, Səudiyyə Ərəbistanı və İsrailin aparıcı şirkətlərinin “Khazar Islands” layihəsinə qoşulması istiqamətində ilk addımlar atılıb və tezliklə bu ölkələrin dünyaca məşhur şirkətlərini “Xəzər Adaları”nda görə biləcəyik.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR