• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

İcra hakimiyyətindən jurnalistin müraciətinə CAVAB - FOTOLAR

İcra hakimiyyətindən jurnalistin müraciətinə CAVAB - FOTOLAR

Binəqədi Rayon İcra Hakimiyyəti "Gündəlik Teleqraf" qəzetinin redaktoru Dilqəm Əhmədin müraciətinə cavab verib.

Jurnalist Publika.az-a bildirib ki, işlədiyi ərazidə yolların bərbad olmasından şikayətlənib.

“Gördüyünüz bu yol, keçmiş ABU-ya düşən yoldur. Bir ildir yayda tozu uduruq, qışda isə bataqlıqla mübarizə aparırıq. Bu yola niyə tədbir görülmür axı? "Təmiz Binəqədi" layihəsinə bu yol aid deyilmi? İnsanlara yazıq deyilmi?”

Bu fikirlər redaktorun İcra Hakimiyyətinə müraciətindəndir. D.Əhmədin sözlərinə görə, iş yoldaşları tərəfindən məsələ dəfələrlə qaldırılsa da, nədənsə icra hakimiyyəti susma mövqeyindədir.

Yolun yay vaxtı toz-torpaq, qışda palçıq olması ərazidə yaşayan və işləyənlərin büdcələrinə də ciddi ziyan vurub. O deyir ki, yollar hər mövsüm bir neçə ayaqqabısını məhv edir.

Binəqədi icra hakimiyyətindən isə sorğuya belə cavab verilib:

"Sizin yaşadığınız ərazidə yolların təmir edilməsinə köməklik göstərilməsi ilə bağlı 03.10.2014-cü il tarixli müraciətinizə tərəfimizdən baxılmışdır. Rayon ərazisində planlı şəkildə aparılan geniş miqyaslı abadlıq-quruculuq işləri çərçivəsində qaldırdığınız məsələ mərhələli qaydada müsbət həllini tapacaqdır".

Görəsən, o mərhələ nə zaman başlayacaq?

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR