Region Gənclərinin ilk Sağlamlıq Forumu başladı
Bizi izləyin

Qırmızı.az

Region Gənclərinin ilk Sağlamlıq Forumu başladı

Bu gün Hacıqabul rayon Mədəniyyət Evində “Region gənclərinin I Sağlamlıq Forumu” öz işinə başlayıb. Gənclər üçün Təhsil Mərkəzi tərəfindən təşkil olunan Foruma Şirvan, Hacıqabul, Səlyan, Sabirabad, Saatlı, İmişli, Beyləqan, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, Qobustan və Qaradağ rayonlarından 500-ə yaxın yeniyetmə və gənc qatılıb.

Mərkəzin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Gənclər və İdman Nazirliyi Hacıqabul rayon Gənclər və İdman İdarəsi, o cümlədən Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası ilə birgə keçirilən Forumu giriş sözü ilə açan Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə region gənclərinin iştirakı ilə keçirilən bu tədbirin əhəmiyyəti barədə fikirlərini bölüşmüşdür. Qeyd etmişdir ki, Forumun keçirilməsində əsas məqsəd region gənclərinin sağlamlıq məsələlərinə diqqəti artırmaq, sağlam həyat tərzinin təbliği istiqamətində maarifləndirmə işləri aparmaq, bu sahədə yeni təşəbbüslərin formalaşmasına dəstək vermək, o cümlədən gənclər arasında sağlam əməkdaşlıq imkanları yaratmaqdır.

Forumda Hacıqabul rayon Gənclər və İdman İdarəsinin rəisi Saleh Ələsgərov, Dövlət Komissiyasının İşçiq Qrupu rəhbərinin müavini Vasif Quliyev, Narkotiklərlə Mübarizə Şöbəsinin rəisi Mahir Məhərrəmov, gənclər təşkilatlarından Xalid Rəcəbli və Yusif Poladov, region gəncləri Asif Musayev, Talıb Nuriyev, Fərid Qasımov, Azad Həsənov və digərləri çıxış edərək, gənc nəslin sağlam inkişafı, bu sahədə görülmüş və görülməli işlər barədə öz məruzələrini təqdim etmişdirlər.

Sonda səsləndirilən təkliflərin ümumiləşdirilməsi və müvafiq qurumlarla birgə müzakirələrin təşkili barədə razılıq əldə olunmuşdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm