Bakıda ağac sakinlərin həyatı üçün təhlükə mənbəyinə çevrilib
Bizi izləyin

Qırmızı.az

Bakıda ağac sakinlərin həyatı üçün təhlükə mənbəyinə çevrilib

Xan Şuşinski və Hənifə Ələsgərov küçələrinin kəsişməsindəki ağac sakinlər üçün təhlükə yaradıb.

“Vaqif 3” adlanan ərazidə bir neçə gün əvvəl baş verən güclü külək nəticəsində ağac sınıb. Sınmış ağac yaxınlıqdakı evin eyvanına düşüb.

Ağac həm də yoldan keçən vətəndaşların həyatı üçün təhlükə yaradır. Yenidən külək əssə, hər an qırılıb yola düşə bilər.

Binanın sakinləri Yaşıllaşdırma İdarəsinə müraciət etsələr də, məsələ ilə bağlı hər hansı tədbir görülmədiyini bildirirlər. Yaxınlıqdakı market sahibləri də ağacın təhlükə yaratdığını təsdiqləyir:

“Bu yoldan gün ərzində uşaq, qoca keçir. Ağac hər an aşa bilər, bu da yoldan keçənlər üçün təhlükəlidir. Allah qorusun, kiminsə üstünə düşsə, nə olacaq?”

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirdilər ki, bu barədə hər hansı müraciət daxil olmayıb: “Əməkdaşlar hadisə yerinə gedib maraqlanacaqlar. Ağacın kəsilməsinə ehtiyac olsa, bununla bağlı rəy tərtib edilib Yaşıllaşdırma İdarəsinə veriləcək. Bundan sonra ağacın kəsilməsi həmin qurumun işidir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm