Qırmızı.az
Platformadakı partlayış zamanı itkin düşmüş 3 nəfərin meyidi tapılıb
N.Nərimanov adına Neftqazçıxarma İdarəsinin (NQÇİ) ərazisində yerləşən 441 saylı qəzalı meydançada təmir işləri aparılarkən baş vermiş uçqun nəticəsində itkin düşmüş 3 nəfərin cəsədi tapılıb.
Publika.az-ın məlumatına görə, bu barədə ARDNŞ-nin və FHN-in yaydığı birgə məlumatda bildirilir.
Qeyd olunur ki, N.Nərimanov adına NQÇİ-də baş vermiş qəza nəticəsində itkin düşmüş 4 nəfər işçidən üçünün cəsədi hadisə yerindən 2 kilometr aralıda ARDNŞ-nin və FHN-in dalğıcları tərəfindən dənizin dibindən tapılaraq sahilə çıxarılıb.
İtkin düşmüş 1 nəfərin axtarışı isə xilasedicilər tərəfindən davam etdirilir.
Nəticə barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, bu gün saat 12:00 radələrində “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına NQÇİ-nin ərazisində yerləşən 441 saylı qəzalı meydançada təmir işləri aparılarkən uçqun baş verib. Uçqun nəticəsində meydançada olan vaqon evcik dənizə düşüb, meydançanın üstündən keçən 700 diametrlik boru kəməri qırılıb və yanğın baş verib. Saat 12:45 radələrində yanğın söndürülüb.
Uçqun zamanı ərazidə cəmi 41 nəfər işçi olub. Hadisə baş verəndən dərhal sonra qəza xilasetmə briqadası tərəfindən görülən operativ tədbirlər nəticəsində 37 nəfər ərazidən çıxarılaraq “Orion-15” və “PSK-52” gəmiləri vasitəsi ilə sahilə gətirilib.
Hadisənin araşdırılması məqsədi ilə xüsusi komissiya yaradılıb.
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?