Millət vəkili seçiciləri ilə görüşüb
Bizi izləyin

Qırmızı.az

Millət vəkili seçiciləri ilə görüşüb

Bu gün Milli Məclisin deputatı Azay Quliyev Şirvan şəhərində seçiciləri ilə görüşüb.

Publika.az-ın məlumatına görə, millət vəkili gənclərin sayca üstünlük təşkil etdiyi görüşdə iştirak edən Şirvan sakinlərinin müraciət və şikayətlərinə baxıb, onların üzləşdikləri problemlərin həlli istiqamətində müvafiq qərarlar qəbul edib.

Görüşdə A.Quliyev Şirvanda həyata keçiriləcək layihələrin daha çox gəncləri əhatə etməsi istiqamətində irəli sürülən təklif və təşəbbüslərin araşdırılacağını və onların reallaşması üçün müvafiq addımlar atacağını bildirib.

Görüşün sonunda millət vəkili gənclərin suallarını cavablandırıb, Şirvanda keçirilən fərdi inkişaf, karyera quruculuğu ilə bağlı təlimlərdə fərqlənən gənclərə sertifikatlar təqdim edib.

Görüşlərdə Şirvan şəhər İcra Hakimiyyətinin başçısının müavinləri, şəhər Məşğulluq idarəsi, DSMF, təhsil şöbəsinin rəhbərləri də iştirak ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm