• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Bacısının başını kəsən qız Ruhi Əsəb Dispanserinə göndərilə bilər - ÖZƏL

Bacısının başını kəsən qız Ruhi Əsəb Dispanserinə göndərilə bilər  - ÖZƏL

Ötən gün bacısının başını kəsməklə qətlə yetirən Pərvanə Nuriyevanın psixoloji problemləri olduğu ehtimal olunur.

Bu barədə Publika.az-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib. Mənbənin sözlərinə görə, hazırda Pərvanə Nuriyevanın qətli törədərkən anlaqlı olub-olmadığını müəyyən etmək üçün bir sıra istintaq hərəkətlərinin aparılması planlaşdırılır. Onun müxtəlif tibbi ekspertizadan, o cümlədən məhkəmə-psixiatriya ekspertizasından keçirilməsi üçün hazırlıqlar görülür.

"Bundan sonra Pərvanə Nuriyevanın belə bir ağır cinayət törətməsinin səbəbi tam bəlli olacaq. Amm bu gün onun bir-birinə zidd ifadələr verməsindən ehtimal olunur ki, onun psixoloji problemləri var", - mənbə əlavə edib.

Həmçinin mənbə qeyd edib ki, Pərvanənin bir sutka ərzində bir-birinə zidd ifadələr verməsi cinayətin təsirindən də ola bilər.

"Ola bilər ki, hələ törətdiyi əməlin şokundan çıxa bilməyib. Ekspertizanın rəyindən sonra hər şey bəlli olacaq", - mənbə vurğulayıb.

Mənbənin sözlərinə görə, məhkəmə-psixiatriya ekspertizası digər ekspertizalardan fərqlənir. Bu ekspertiza növündə həsdə olan şəxsin ruhi vəziyyətini öyrənmək üçün ekspertizanın müddəti 30 günə qədər uzana bilər. Yəni saxlanılan şəxsin ekspertizası stasionar qaydada həyata keçirilir. Bu isə o deməkdir ki, Pərvanə Nuriyevanın Ruhi Əsəb Dispanserində yatırılması istisna edilmir.

Qeyd edək ki, Xətai rayonu Xudu Məmmədov küçəsi 18 ünvanında əslən Şəkidən olan Pərvanə Nuriyeva 20 yaşlı bacısı Nuriyeva Günel Etibar qızının başını kəsib.

O, istintaqa verdiyi ilkin ifadəsində, əvvəlcə bacısının lesbian olduğunu, yatağına qızlar gətirdiyini götürmədiyini, sonra isə bədəninə cin girdiyini və ona bacısını öldürməyi əmr etdiyini deyib.

Zülfüqar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR