• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Ramil Usubov BƏƏ-nin səfirini qəbul edib

Ramil Usubov BƏƏ-nin səfirini qəbul edib

Oktyabrın 23-də Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Salem Xəlifə Məhəmməd Əl-Gaflini qəbul edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, nazir BƏƏ-nin müstəqilliyimizi tanıyan ilk dövlətlərdən biri olduğunu, beynəlxalq təşkilatlarda hər zaman Azərbaycanı dəstəklədiyini qeyd edərək ölkələrimiz arasındakı əlaqələrin uğurla inkişaf etdiyini bildirib.

Daha sonra DİN-in funksional vəzifələri və fəaliyyət istiqamətləri, müstəqilliyin ilk illərində ölkəmizdə hökm sürən gərgin ictimai-siyasi və kriminogen durum, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ali hakimiyyətə tarixi qayıdışından sonra həyata keçirilən islahatlar, sabitlik və əmin-amanlığın bərpa edilməsi, xarici investorların ölkəmizin iqtisadiyyatına sərmayə qoymaları üçün normal şəraitin yaradılması barədə məlumat verilib.

2007-ci ilin sonlarında Birləşmiş Ərəb Əmirliklərinə səfərini xatırladan daxili işlər naziri Azərbaycan tərəfinin iki ölkənin müvafiq strukturları arasında əlaqələrin inkişafında hər zaman maraqlı olduğunu, bu görüşün əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcəyini vurğulayıb.

Səfir Salem Xəlifə Məhəmməd Əl-Gafli səmimi qəbula və ətraflı məlumata görə təşəkkür edib, paytaxt da daxil olmaqla ölkəmizin bütün bölgələrində yaradılmış təhlükəsiz və əmin-amanlıq şəraitindən məmnunluq duyduğunu, bundan sonrakı fəaliyyəti dövründə də ikitərəfli əlaqələrin dərinləşməsinə öz töhfəsini verəcəyini bildirib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR