Məhbuslar qiyam qaldırdı - VİDEO
Bizi izləyin

Qırmızı.az

Məhbuslar qiyam qaldırdı - VİDEO

Türkiyənin Kocaeli vilayətindəki həbsxanada məhkumlar qiyam qaldırıb.

Publika.az-ın məlumatına görə, ötən gecə Türkiyə vaxtı ilə saat 21:00 radələrində məhbuslar hücrədəki əşyaları yandırmağa başlayıblar. Dərhal hadisə yerinə çevik polis alayının əməkdaşları və yanğınsöndürənlər cəlb olunub. Həbsxana mühsirəyə alınıb. Yanğın qısa zamanda söndürülüb.

Məhbuslarla aparılan danışıqlardan sonra təxminən saat 23:45-də qiyam yatırılıb. Amma 400-dən çox polisin həbsxananı hələ də mühasirədə saxladığı bildirilir.

Hadisə yerinə gələn baş prokuror Mustafa Küçük həbsxanada 800 məhbusun olduğunu və heç birinin zərər çəkmədiyini deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm