Bir gündə 6 qəza, 2 ölü, 28 həbs
Bizi izləyin

Qırmızı.az

Bir gündə 6 qəza, 2 ölü, 28 həbs

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, ötən gün respublika üzrə 59 cinayət faktı qeydə alınıb, onların da 29-u “isti izlər”lə açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 7 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 28 nəfər tutulub. /AzVision.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm