Qırmızı.az
Vətəndaşların külli miqdarda əmlakını ələ keçirən şəxs tutuldu
Qax-Zaqatala-Balakən bölgəsində 2012-ci ildə baş vermiş zəlzələdən zərər çəkmiş sakinlərin evlərinin bərpası adı ilə onların etibarından sui-istifadə edərək külli miqdarda əmlakını ələ keçirmiş şəxsin qanunsuz əməlləri barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən FHN-lə birgə əməliyyat tədbirləri həyata keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən Publika.az-a daxil olan
məlumata görə, həmin tədbirlər nəticəsində nazirliyin Tikintidə
Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Dadaşov adına Elmi
Tədqiqat və Layihə Konstruktor İnşaat Materialları İnstitutunun
sabiq kiçik elmi işçisi Feyruz Məmmədov özgənin əmlakını ələ
keçirmək məqsədilə zəlzələ nəticəsində zərər dəymiş evlərin yenidən
tikilməsi üçün podrat işlərinin verilməsi müqabilində Bakı şəhər
sakinindən 2 min manat məbləğində pulu tələb edib alarkən cinayət
başında yaxalanıb.
Həmin faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə
Baş İdarəsində başlanmış cinayət işi üzrə aparılan istintaq zamanı
həmçinin F.Məmmədovun zəlzələ nəticəsində zərər dəymiş evlərin
qəzalı kimi qeydiyyata alınaraq sökülüb yenidən tikilməsi, eləcə də
təmir və tikinti işlərinin aparılması üçün nazirliyin tərtib etdiyi
siyahıda adlarının əvvələ salınması üçün Qax rayon sakinlərindən
ümumilikdə 42 min manat məbləğində pul alaraq külli miqdarda özgə
əmlakını aldatma yolu ilə ələ keçirməsində şübhələr üçün əsaslar
olduğundan ona Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan
vurmaqla dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini
mənimsəmə) maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək
barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
-
Nida Xəbər 09:30
Bakıda bu ərazi sökülür - Sakinlər narazıdır
-
Avropa09:00
Putinin sabiq həyat yoldaşı Lyudmilanın hazırkı ərinin villası bu ölkədə müsadirə edildi
-
Nəqliyyat08:25
Paytaxtın bu yollarında tıxac yarandı - SİYAHI
-
Sağlamlıq07:37
Yaz aylarında infarkt riski artır - Hansı tədbirləri görmək lazımdır?
-
Ekopublika.az07:25
Azərbaycanda bəzi ərzaq məhsulları ucuzlaşdı - VİDEO
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU