• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Bacısının başını kəsən qızla bağlı baş psixiatrdan AÇIQLAMA

Bacısının başını kəsən qızla bağlı baş psixiatrdan AÇIQLAMA

Ötən gün bacısının başını kəsən Pərvanə Nuriyevanın psixoloji problemləri olduğu ehtimal olunur.

Cinayət baş verəndən sonra Pərvanənin psixoloji problemləri olması xəbəri hələ ki yalnız mətbuatda yayılmış ehtimaldır. Bu barədə yekun rəyi məhkəmə ekspertizası verəcək.

Baş psixiatr Gəray Gəraybəyli isə P.Nuriyevanın psixoloji problemləri olması ilə bağlı fikrin səsləndirilməsini yanlış hesab edir:

“Həmin qızı görmədən, onunla danışmadan, həyat tərzi ilə bağlı problemlər araşdırılmadan fikir səsləndirmək mümkün deyil. Onun cinayət törədən gün alkoqol, psixotrop maddə qəbul edib-etməməsi müəyən edilməlidir. Həmin gün tərəflər arasında yaşanmış mübahisə, onun mövsuzu da psixi problemlərlə bağlı rəyin verilməsində vacib məqamdır. Bu iş əhatəli araşdırma tələb edir. Yalnız bundan sonra hansısa rəy vermək olar. Yanlış olaraq mətbuatda sensasion hadisəyə uyğun “yəqin ki, psixi durumu pozulmuş olub” yazılır, lakin bu çox yanlış rəydir. Kiminsə 22 bıçaq zərbəsi vurması onun psixi problemi olmasını göstərmir. Psixi problem ola da bilər, olmaya da. Yalnız bu fakt üzərində rəy vermək düzgün deyil. Birinin psixoloji problemini müəyyən etmək üçün onun əsəbi olması, əvvəllər ona uyğun hərəkət edib-etməməsi araşdırılmalıdır”.

Baş psixiatrın sözlərinə görə, ən önəmli məqam hadisəni törətmiş şəxsin sonrakı münasibətidir. Onun hadisəni necə danışması vacibdir.

“Peşman olması və ya özünü haqlı bilməsi, onun psixoloji vəziyyətinin müəyyən edilməsi rəyin verilməsində mühüm sübutlardır. Heç bir psixoloji problem olmadan, mübahisə nəticəsində birinə 22 dəfə bıçaq vurmaq mümkündür. Axı belə cinayət törədənlərin hamısı psixi xəstə deyil. Həmin qızın iki açıqlaması bir-birindən çox fərqlidir. Birinci açıqlaması, yəni bacısının lezbiyan olmasını deməsi cinayətin düşünülmüş olduğunu göstərir. Lakin ekspertiza 30 gün müddətində həmin şəxsin tam müayinəsi aparıldıqdan sonra dəqiq fikir deyilə bilər. Bu zaman da onun əvvəlki xəstəlikləri, xasiyyətnamələri də nəzərə alınmalıdır”.

Xatırladaq ki, Xətai rayonu Xudu Məmmədov küçəsi 18 ünvanında əslən Şəkidən olan Pərvanə Nuriyeva 20 yaşlı bacısı Nuriyeva Günel Etibar qızının başını kəsib.

O, istintaqa verdiyi ilkin ifadəsində, əvvəlcə bacısının lezbian olduğuna görə öldürdüyünü, sonra isə bədəninə cin girdiyini və ona bacısını öldürməyi əmr etdiyini deyib.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR