Qırmızı.az
Erməni güllələri altında olan məktəb - FOTOLAR
Təhsil Nazirliyinin və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə cəbhəyanı rayonlara səfər edən jurnalistlər bu gün Qazax rayonun Aslanbəyli kənd orta məktəbində olublar.
Publika.az-ın məlumatına görə, məktəbdə 44 müəllim çalışır və onların arasında Ağstafadan gəlib təyinatla burada çalışan üç müəllim də var. Bu məktəbdə təhsil alan şagirdlər hərbi dərslərini məhz hərbi geyimdə keçirlər.
Məktəbin direktoru Dilqəm Məmmədov dərs prosesi, qəbul imtahanındakı göstəricilər və s. məsələlərlə bağlı sualları cavablandırıb. O, məktəbin Ermənistanla təmas xəttinin üç kilometrliyində yerləşdiyini qeyd edərək Aslanbəyli məktəbində təhsil alan 30-a yaxın şəxsin Qarabağ müharibəsi zamanı şəhid olduğunu deyib: “Amma məktəbin cəbhə xəttinə yaxın yerləşməsi bizi qəti narahat etmir. Dərs zamanı mütəmadi atışmalar olur. Buna baxmayaraq, biz yenə də öz işimizi sevə-sevə davam etdiririk”.
Direktor ötən il məzunlardan 9 nəfərinin ali məktəblərə qəbul olunduğunu bildirib. O, məzunların 594-dən yüksək bal topladığını qeyd edib.
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov və jurnalistlər şagirdlərin dərs proseslərini izləyiblər.
İlhamə
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR