Dövlət Komitəsindən 20 yaşlı qızın qətli ilə bağlı AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

Dövlət Komitəsindən 20 yaşlı qızın qətli ilə bağlı AÇIQLAMA

Pərvanə Nuriyevanın bacısının başını kəsməsi məişət zorakılığının bir formasıdır. Bu faciənin arxasında ailədə yaşanan problemlər dayanır, onlar araşdırılmalıdır. Vaxtında müraciət olunmalıdır ki, bu cür hallar baş verməsin.

Bunu Publika.az-a açıqlamasında ötən gün baş verən cinayətə münasibət bildirən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova deyib.

Onun sözlərinə görə, zorakılıqla qarşılaşan şəxslər, yaxud ailənin digər üzvləri həmin məqamda müvafiq qurumlara müraciət etməlidirlər.

“Zorakılığın ağır dərəcəsinə çatmamaq üçün profilaktika aparılmalıdır. Bunun üçün də ailə üzvləri vaxtında müraciət etməlidirlər. Yerli icra hakimiyəti orqanları tərəfindən həmin şəxslər qeydiyyata götürülməli idi. Sonuncu hadisə ilə bağlı ailənin içərisində nələr baş verdiyini hüquq mühafizə orqanları araşdırır. Qətlə yetirilən qızın müraciəti olsaydı, onun müdafiəsi təşkil edilə bilərdi. Hətta həmin şəxslərə psixoloji yardım göstərilərdi. İnsanlar bəlkə də, məlumatsızlıqdan, ya da istəmədiklərinə görə, psixoloji xidmətdən imtina edirlər. Ancaq münasibətlərin aydınlaşdırılmasında psixoloji xidmətin təsiri böyükdür, nəinki əməlin cəzalandırılması”.

T.İbrahimova onu da vurğuladı ki, ölkədə 7 qeyri-dövlət yardım mərkəzləri var. Həmin mərkəzlər zorakılıqdan əziyyət çəkmiş qadın və uşaqlara yardım göstərirlər.

"Həmin mərkəzlərin bir qismində sığınacaqlar var. Məişət zorakılığı ilə qarşılaşanlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytında ünvanları yerləşdirilmiş həmin mərkəzlərə müraciət edə bilərlər. Orada qalan şəxslər 2 ay qalır və bütün xidmətlərlə təmin edilir. Eyni zamanda, dövlət yardım mərkəzlərinin yaradılması da planlaşdırılır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm