
Fövqəladə Hallar Nazirliyi Gəncədə qaçqın və məcburi
köçkünlərin məskunlaşdığı yataqxanada baş vermiş yanğınla bağlı
məlumat yayıb.
Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi
xəbərə görə, yanğın Gəncə şəhəri, Nizami rayonunda ümumi sahəsi
1040 kv.m olan beşmərtəbəli inzibati binada baş verib. Nəticədə
binanın dam örtüyü 850 kv.m sahədə yanıb.
Yanğın zamanı 12 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən
təxliyyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 22:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.