• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

ANAMA hesabat verdi

ANAMA hesabat verdi

2014-cü ilin yanvar ayı ərzində 1,942,923 kvadrat metr ərazi yoxlanılmış, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənmişdir. 409 PHS, 13 ədəd tank və 1 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilmişdir.

Əməliyyatlarda 484 nəfər minaaxtaran mütəxəssis və 118 nəfər yardımçı heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 248,496,902 kvadrat metr ərazi təmizlənmişdir. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 688,633-dür.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağstafa, Ağcabədi, Füzuli, Gəncə, Qəbələ, Xocavənd, Tərtər, eyni zamanda Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.

MİNADAN ZƏRƏRÇƏKƏNLƏR

2014-cü ilin yanvar ayı ərzində 1 mina/PHS hadisəsi qeydə alınmışdır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR